"Əl-Nəsr" 21 yaşlı hücumçunu 77 milyon avroya transfer edir
20:52 - 30 Yanvar 2025
"Aston Villa"nın hücumçusu Con Duran karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Əl-Nəsr" kolumbiyalı futbolçunun keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. Ərəblər Duran üçün "Aston Villa"ya 77 milyon avro təzminat ödəyəcək. "Əl-Nəsr" 21 yaşlı forvardı Londonda tibbi müayinədən keçirəcək.
Qeyd edək ki, "Aston Villa" Con Duranı 2023-cü ilin yanvar ayında "Çikaqo"dan transfer edib. Kolumbiya millisinin üzvü bu mövsüm Birmingem təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 12 qol vurub.
Şərhlər (0)
Şərh yazmaq üçün daxil olun
Hələ şərh yoxdur