"Mançester Siti" italiyalını transfer etməyi planlaşdırır
"Mançester Siti" yay “transfer pəncərəsi” öncəsi "Brentford"un müdafiəçisi Mikael Kayodeni heyətinə qatmaq üçün danışıqları sürətləndirib.
Sportal.az xəbər verir ki, “şəhərlilər” bu mövsüm Premyer Liqanın ən yaxşı aut atan oyunçusu kimi tanınan 21 yaşlı futbolçunun inkişafından təsirlənib.
Baş məşqçi Xosep Qvardiolanın gedə biləcəyi ilə bağlı şayiələr nəzərə alınsa belə, Kayodenin transferi Mançester klubu üçün prioritetdir. Lakin, əgər ispan mütəxəssis postunda qalarsa, “Mançester Siti"nin oyunçunu transfer etmək şansı daha yüksək olacaq. "Mançester Yunayted" və "Nyukasl"ın da Kayode ilə maraqlandığı iddia edilir.
21 yaşlı futbolçunun “Brentford”la müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir. İtaliyalı futbolçu “Yuventus”un yetirməsidir. O, “Qozzano”, “Fiorentina” klublarında da çıxış edib.
Şərhlər (0)
Şərh yazmaq üçün daxil olun
Hələ şərh yoxdur