"Milan" "Yuventus"la matça ciddi itki ilə çıxacaq

"Milan" "Yuventus"la matça ciddi itki ilə çıxacaq

14:04 - 3 Yanvar 2025
💬 0

"Milan" İtaliya Super Kubokunun yarımfinal görüşü çərçivəsində "Yuventus"la üz-üzə gələcək.

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" matça ciddi itki ilə çıxacaq. Portuqaliyalı vinger Rafael Leao əzələ zədəsi səbəbindən komandaya kömək edə bilməyəcək.

"Yuventus" - "Milan" qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 23:00-da Səudiyyə Ərəbistanında "Əl-Avval Park" stadionunda baş tutacaq.

Qeyd edək ki, Rafael Leao bu mövsüm "Milan"ın heyətində meydana çıxdığı 22 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Paylaş:

Şərhlər (0)

Şərh yazmaq üçün daxil olun

Hələ şərh yoxdur