Millimizin kapitanı Almaniyada əməliyyat olundu - FOTO
22:42 - 18 Sentyabr 2025
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayxan Süleymanlı bu gün Almaniyanın Münhen şəhərində əməliyyat olunub.
Sportal.az xəbər verir ki, "Sumqayıt"ın da şərəfini qoruyan müdafiəçi “Sana Klinik München”də professor, doktor Filipp Niemeyer tərəfindən sol diz ön çarpaz bağından uğurlu əməliyyat keçirib.
Qeyd edək ki, Ayxan Süleymanlı U-21 millimizin heyətində Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığması ilə Bakıda keçirilən oyunda (1:1) zədələnib.
Şərhlər (0)
Şərh yazmaq üçün daxil olun
Hələ şərh yoxdur