"Napoli" Niderland millisinin üzvünü transfer etdi - RƏSMİ
17:46 - 17 İyul 2025
"Napoli" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İtaliya çempionu PSV-dən Noa Lanqı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Napoli" niderlandlı vinger üçün onun klubuna 25 milyon avro təzminat ödəyəcək. 26 yaşlı oyunçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, PSV Noa Lanqı 2023-cü ilin yayında "Brügge"dən transfer etmişdi. Niderland millisinin üzvü ötən mövsüm Eyndhoven təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 14 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Şərhlər (0)
Şərh yazmaq üçün daxil olun
Hələ şərh yoxdur