"Omoniya" və "Srvena Zvezda" formasını geyinmiş serb Premyer Liqamızda oynayacaq

"Omoniya" və "Srvena Zvezda" formasını geyinmiş serb Premyer Liqamızda oynayacaq

09:48 - 29 Avqust 2025
💬 0

"Sabah" heyətinə növbəti legioner futbolçunu qatıb. Ölkə kubokunun sahibi “Sivasspor”dan Velko Simiçi icarəyə götürüb. 30 yaşlı serbin Türkiyə klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Serbiya millisində də oynamış Simiç karyerası ərzində “Bazel”, “Domjale”, “Şaffhauzen”, “Vintertur”, “Zemun”, “Srvena Zvezda”, “Voyvodina”, “Omoniya” klublarında oynayıb.

Sportal.az mövsümün sonuna qədər “Sabah”da oynayacaq Simiçin əvvəlki klublarında göstərdiyi performans videosunu təqdim edir:

Mirbağırağa

Paylaş:

Şərhlər (0)

Şərh yazmaq üçün daxil olun

Hələ şərh yoxdur