"Qarabağ"ın rəqibi yeni futbolçusunu təqdim etdi - FOTO
14:22 - 31 Avqust 2025
Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"ın rəqibi olan Portuqaliyanın "Benfika" klubu növbəti transferini həyata keçirib.
Sportal.az xəbər verir ki, Lissabon təmsilçisi Georgiy Sudakovla anlaşıb.
22 yaşlı futbolçu Donetsk "Şaxtyor"undan icarəyə götürülüb. İcarə müddəti bitdikdən sonra portuqalların onu transfer etmək hüququ olacaq.
Xatırladaq ki, "Qarabağ”ın əsas püşkatmada ilk rəqibi "Benfika" olacaq. Komandalar arasında görüş sentyabrın 16-da Lissabondakı Estadio do Benfika stadionunda keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
Şərhlər (0)
Şərh yazmaq üçün daxil olun
Hələ şərh yoxdur