"Quba" "Şəki Siti"ni darmadağın etdi
19:52 - 9 Aprel 2026
Futbol üzrə Azərbaycan II Liqasında XXI tura yekun vurulub.
Sportal.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub.
"Quba" doğma meydanda "Şəki Siti"ni qəbul edib. Qarşılaşma ev sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 42-yə yüksəldən "Quba" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 30 xalı olan "Şəki Siti" isə 7-ci yerdədir.
"Quba" - "Şəki Siti" 5:1
Qollar: C.Qasımov, 31, İ.İbrahimli, 34, 69, E.Səmədov, 58, 81 - E.Hacıbabayev, 76
Şərhlər (0)
Şərh yazmaq üçün daxil olun
Hələ şərh yoxdur