"Real" və PSJ-nin sabiq qapıçısı Argentina klubunda
14:31 - 22 Yanvar 2025
Keylor Navasın yeni klubunun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, kosta rikalı qapıçı karyerasını Argentinada davam etdirəcək.
Navas "Nyuells Old Boys"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 38 yaşlı qolkiperlə 2025-ci ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Keylor Navasın son klubu PSJ olub. Təcrübəli qapıçı 2024-cü ilin yayında Paris təmsilçisindın ayrılmışdı. O, daha əvvəl "Real"da da çıxış edib.
Şərhlər (0)
Şərh yazmaq üçün daxil olun
Hələ şərh yoxdur