Zubir Mbappe, Salah, Qrizmann, Keyn və Martineslə eyni oldu
11:48 - 2 Oktyabr 2025
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun "Kopenhagen"lə oyununda qol vuran "Qarabağ"ın futbolçusu Abdullah Zubir avrokuboklarda unikal göstəriciyə imza atıb.
Sportal.az xəbər verir ki, 33 yaşlı vinger ardıcıl səkkizinci mövsümdə avrokubokların əsas mərhələsində fərqlənən 6 oyunçudan biri olub. Digər futbolçular Kilian Mbappe ("Real", İspaniya), Harri Keyn ("Bayern", Almaniya), Məhəmməd Salah ("Liverpul", İngiltərə), Lautaro Martines ("İnter", İtaliya) və Antuan Qrizmanndır ("Atletiko", İspaniya).
Xatırladaq ki, Zubir Ağdam klubunda 2018-ci ildən forma geyinir.
Şərhlər (0)
Şərh yazmaq üçün daxil olun
Hələ şərh yoxdur