AFFA II Liqa klublarını cərimələdi
Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
II Liqa XVIII tur
23.03.2025-ci il tarixində II Liqada XVIII turun “Ağdaş” – “Sheki City” oyununda “Ağdaş” klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilsin (maddə 37);
23.03.2025-ci il tarixində II Liqada XVIII turun “Ağdaş” – “Sheki City” oyununun 90+3-cü dəqiqəsində “Ağdaş” komandasının 20 nömrəli futbolçusu Ülvi Sarıyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Ağdaş” komandası 50 manat cərimə edilsin (maddə 36.5);
23.03.2025-ci il tarixində II Liqada XVIII turun “Ağdaş” – “Sheki City” oyunu bitdikdən sonra “Ağdaş” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Ağdaş” komandası 80 manat cərimə edilsin (maddə 52.1);
23.03.2025-ci il tarixində II Liqada XVIII turun “Şəfa” – “Şəmkir” oyununda “Şəmkir” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilsin (maddə 37);
23.03.2025-ci il tarixində II Liqada XVIII turun “Şəfa” – “Şəmkir” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şəfa” komandası 80 manat cərimə edilsin (maddə 51.2);
24.03.2025-ci il tarixində II Liqada XVIII turun “Kür-Araz” – “Füzuli” oyununda “Kür-Araz” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Kür-Araz” komandası 100 manat cərimə edilsin (maddə 91);
24.03.2025-ci il tarixində II Liqada XVIII turun “Kür-Araz” – “Füzuli” oyununda “Kür-Araz” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilsin (maddə 37);
24.03.2025-ci il tarixində II Liqada XVIII turun “Kür-Araz” – “Füzuli” oyununda “Füzuli” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Füzuli” komandası 70 manat cərimə edilsin (maddə 37);
24.03.2025-ci il tarixində II Liqada XVIII turun “Kür-Araz” – “Füzuli” oyununda “Füzuli” komandasının adı matçın protokolunda olmayan rəsmi şəxsi Vasif İsmayılov texniki zonada olduğu üçün “Füzuli” komandası 80 manat cərimə edilsin (maddə 53.4).
Şərhlər (0)
Şərh yazmaq üçün daxil olun
Hələ şərh yoxdur