Çempionlar Liqasında həftənin ən yaxşısı açıqlandı
18:40 - 9 Aprel 2026
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ən yaxşı oyunçusu müəyyyənləşib.
Sportal.az xəbər verir ki, "Bavariya"nın kapitanı Manuel Noyer həftənin ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
40 yaşlı qolkiper UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda qalib olub. Almaniyalı qolkiper komandasının "Real"ı 2:1 hesabı ilə məğlub etdiyi matçda kritik qurtarışlaqrla yadda qalıb.
Qeyd edək ki, manuel Noyer həftənin oyunçusu seçilmək üçün "Arsenal"ın qapıçısı David Raya, PSJ-nin vingeri Xviça Kvaratsxeliya və "Atletiko"nun hücumçusu Xulian Alvaresi qabaqlayıb.
Şərhlər (0)
Şərh yazmaq üçün daxil olun
Hələ şərh yoxdur