"Fənərbaxça"nın futbolçusu 3 həftə komandasına kömək edə bilməyəcək
22:48 - 8 Aprel 2026
Daha öncə qeyd etdiyimiz kimi, "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib. Belə ki, İstanbul nəhənginin aparıcı oyunçularından olan Marko Asensio Türkiyə çempionatının 28-ci turunun "Beşiktaş"la matçının 24-cü dəqiqəsindən dizindən zədələnərək meydanı tərk edib.
Sportal.az xəbər verir ki, ispaniyalı futbolçunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, "Fənərbaxça" Marko Asensionu mövsümün əvvəlində PSJ-dən transfer edib. İspaniya millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 13 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Şərhlər (0)
Şərh yazmaq üçün daxil olun
Hələ şərh yoxdur