Kante Fransaya qayıda bilər
00:04 - 1 Noyabr 2025
Nqolo Kante karyerasını Fransada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ilə “Paris” maraqlanır. Fransa millisinin üzvü hazırda “Əl-İttihad”la müqavilə altındadır və bu anlaşma mövsümün sonunda başa çatacaq. Səudiyyə klubu ilə futbolçu arasında müqavilənin uzadılması üzrə danışıqlar hələ başlanmayıb.
“Paris” isə Kanteni layihəsinin mərkəzi fiqurlarından birinə çevirmək istəyir. Hələlik məlum deyil ki, fransız klubu yarımmüdafiəçini qış transfer pəncərəsində məbləğ qarşılığında, yoxsa yayda azad agent kimi transfer etməyə çalışacaq.
Qeyd olunur ki, Kantelə digər səudiyyə klubları da maraq göstərir.
Şərhlər (0)
Şərh yazmaq üçün daxil olun
Hələ şərh yoxdur