Klopp İngiltərə klubunun təklifindən imtina etdi
13:47 - 2 Yanvar 2025
Hazırda “Red Bull”un korporasiyasında direktor vəzifəsində çalışan alman məşqçi Yurgen Klopp “Lids”lə əməkdaşlıq imkanlarını istisna edib.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, “Red Bull” “Lids”in əsas sponsorudur. Klopp “Elland Roadda” işləməkdən imtina edib. “Liverpul”un keçmiş baş məşqçisinin “qırmızılar”ın azarkeşlərinə hörmət əlaməti olaraq, başqa ingilis klubunda işləmək istəmədiyi güman edilir.
"Red Bull" klub korporasiyasına həmçinin “Leyptsiq”, “Zaltsburq”, “Liferinq”, “Nyu-York”, “Paris”, “Saytama” və “Braqantino” klubları daxildir.
Şərhlər (0)
Şərh yazmaq üçün daxil olun
Hələ şərh yoxdur