"Mançester Siti"nin sabiq forvardının oğlu İngiltərə klubunda
12:46 - 24 Noyabr 2024
"Mançester Siti", “Suonsi” və Fil Dişi Sahili millisinin sabiq hücumçusu Vilfrid Boninin oğlu Coffre Boni İngiltərə 2-ci Liqasında oynayacaq.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Coffre “Nyuport Kaunti” ilə anlaşıb.
O, bu klubla 2 illik müqavilə imzalayıb. Bonin kiçik oğlu Orfi də həmin klubun U-18 heyətində çıxış edir.
Hazırda klubsuz olan Vilfrid “Sparta”(Praqa), “Vitesse”, “Stok Siti”, “Əl-Ərəbi”(Qətər), “Əl-İttihad”(Səudiyyə Ərəbistanı), “Neymegen”(Niderland) və “Olveys Ridi”(Boliviya) klublarında oynayıb.
Şərhlər (0)
Şərh yazmaq üçün daxil olun
Hələ şərh yoxdur