"Mançester Yunayted" braziliyalı futbolçu ilə müqaviləni uzadacaq - daha az maaşla
21:44 - 14 Oktyabr 2025
Kasemiro növbəti mövsümdə də "Mançester Yunayted"də qala bilər. Braziliyalı futbolçunun müqaviləsi qarşıdakı yayda başa çatır.
Sportal.az xəbər verir ki, "Manchester Evening News"un məlumatına görə, yeni müqavilə yalnız yarımmüdafiəçi maaşını əhəmiyyətli dərəcədə azaltmağa razılaşarsa imzalana bilər. Hazırda o, həftədə təxminən 300 min funt qazanır və komandanın ən çox maaş alan futbolçularından biridir.
"Mançester Yunayted"in Kasemiro ilə müqaviləni bir il uzatmaq opsiyası var, lakin klub maliyyə şərtlərinin dəyişdirilməsini müzakirə etmək niyyətindədir.
Şərhlər (0)
Şərh yazmaq üçün daxil olun
Hələ şərh yoxdur