PSJ-nin qolkiperi "Milan"a qayıdır

PSJ-nin qolkiperi "Milan"a qayıdır

10:48 - 1 Dekabr 2024
💬 0

PSJ və İtaliya millisinin qapıçısı Canluici Donnarumma ölkəsinə qayıda bilər.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Paris təmsilçisi Donnarumma ilə müqavilə müddətini artırmaq niyyətində deyil.

O, qışda PSJ-ni tərk etməyi planlaşdırır. Onun sabiq komandası "Milan"a qayıdacağı ehtimal edilir.

Belə ki, "rossonyerlər" Mayk Menyanı iddialı klublardan birinə sataraq, onu məhz PSJ-nin qolkiperi ilə əvəzləmək istəyir.

25 yaşlı qapıçının PSJ ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Paylaş:

Şərhlər (0)

Şərh yazmaq üçün daxil olun

Hələ şərh yoxdur