"Real" və "Mançester Yunayted" nigeriyalını istəyir
09:47 - 23 Noyabr 2024
"Atalanta" və Nigeriya millisinin üzvü Ademola Lukman qışda daha iddialı kluba keçə bilər.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, vingerə "Mançester Yunayted" və "Real" maraq göstərir.
Hər iki klub Lukman üçün "Atalanta"ya rəsmi təklif göndərib.
27 yaşlı futbolçunun hansı komandadan yana seçim edəcəyi hələ ki, dəqiq deyil.
O, bu mövsüm "Atalanta"nın heyətində ilə 14 matçda 8 qol vurub və 5 asist verib. Lukman karyerası ərzində "Çarlton", "Everton", "Leyptsiq", "Fulhem", "Lester" klublarında oynayıb.
Şərhlər (0)
Şərh yazmaq üçün daxil olun
Hələ şərh yoxdur