Türkiyə millisinin üzvü "Şaxtyor"a keçə bilər
12:22 - 21 İyul 2025
"Şaxtyor" Türkiyə millisinin və “Eyüpspor”un qapıçısı Berke Özerlə maraqlanmağa başlayıb.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Donetsk təmsilçisi 25 yaşlı qolkiper üçün Superliqa klubuna müraciət edib.
Ukrayna nəhənginin baş məşqçisi Arda Turan Özeri sərəncamında görmək istəyir. Berkenin Türkiyə klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
O, karyerası ərzində “Altınordu”, “Fənərbaxça”, “Vesterlo”, “Portimonense”, “Ümraniyespor” klublarının qapısını qoruyub.
Şərhlər (0)
Şərh yazmaq üçün daxil olun
Hələ şərh yoxdur