Xabi Alonso üçün əlamətdar matç
15:46 - 22 Dekabr 2024
Almaniya Bundesliqasının 15-ci turunun “Bayer”-“Frayburq” görüşü ev sahibi komandanın baş məşqçisi Xabi Alonso üçün əlamətdar olub.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu qələbə ispaniyalı mütəxəssisin “Bayer”in baş məşqçisi kimi Almaniya Bundesliqasında 50-ci qələbəsi kimi tarixə keçib.
Alonso Almaniya çempionatında baş məşqçi kimi 75 oyun keçirib. Qeyd edək ki, ispaniyalı 2022-ci il oktyabrın 5-dən “Bayer”i çalışdırır. O, ötən mövsüm komandanı çempionluğa daşımışdı.
Xabi Leverkuzen təmsilçisindən əvvəl “Real”ın(Madrid) aşağı yaş qruplarından ibarət komandasını və “Real Sosyedad”ın B komandasını çalışdırıb.
Şərhlər (0)
Şərh yazmaq üçün daxil olun
Hələ şərh yoxdur