"Yuventus" slovakiyalını transfer edəcək

"Yuventus" slovakiyalını transfer edəcək

19:46 - 8 Dekabr 2024
💬 0

"Yuventus" qışda Slovakiya milli komandasının üzvü David Qançkonu heyətinə qatmağı planlaşdırır.

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, Turin təmsilçisi bunun üçün slovakiyalının məxsus olduğu "Feyenoord" klubu ilə danışıqlara başlayıb.

Tərəflər arasında ilkin razılıq əldə olunub.

Qançko 2022-ci ildən "Feyenoord"da oynayır və bu mövsüm Niderland klubunun heyətində 21 oyun keçirib və 2 qol vurub.

Paylaş:

Şərhlər (0)

Şərh yazmaq üçün daxil olun

Hələ şərh yoxdur