"Matçdan sonra gecə saat 3-də o, evə getmək əvəzinə buz vannası qəbul etməyə gedirdi"
23:52 - 9 Aprel 2026
Veston MakKennie Kriştiano Ronaldo ilə “Yuventus”da oynaması ilə bağlı xatirələrini bölüşüb.
Sportal.az xəbər verir ki, "Yuventus"un yarımmüdafiəçisi DAZN-a verdiyi müsahibədə bunları qeyd edib:
“Bu inanılmaz idi. Onunla tanış olanda düşündüm ki, onun haqqında eşitdiyiniz hər şey, peşəkarlığı ilə bağlı deyilənlər, tam həqiqətdir.
Biz matçlardan sonra gecə saat 3-də qayıdırdıq, o isə evə getmək əvəzinə buz vannası qəbul etməyə gedirdi. Çətin oyundan sonra səhər tezdən zala gedir və bütün bədənini işlədirdi. Bunu öz gözlərimlə görməli idim ki, inana bilim."
Şərhlər (0)
Şərh yazmaq üçün daxil olun
Hələ şərh yoxdur